
Yeni bir həftə və yeni bir bölümümüz yenidən yayımdadır!
Xoş gəldiniz əziz dinləyicilər, bu gün bu epizodumuzda post-internet dövründə maliyyənin və investisiyaların necə dəyişdiyindən, bu texnologiyanın hansı boşluqları yaratdığından və 'platformalaşdırma' periodunda, hərşeyin platformalara keçdiyi dövrümüzdə necə daha diqqətli yatırım etmək lazımdır, hansı qırmızı bayraqlara diqqət edilməlidir və s. haqqında bəhs etmişik.
Bənzər mövzulara əvvəlki bölümlərimizdə müxtəlif aspektlərdən toxunsaq da, mövzunun ciddiliyi, bu "scam"lərə inanan və itkilərlə üzləşənlərin miqyası, və bu haqda maarifləndirmə istəyi bizə motivasiya oldu.
Bu epizodumuz əvvəlki epizodlardan bir qədər fərqli olaraq OCCRP adlanan araşdırmaçı jurnalistlərin konsortiumu tərəfindən edilən maraqlı araşdırmaya (məqaləyə) əsaslandı. Onların aşkara çıxardıqları bu detallar, hər birimiz üçün, xüsusən də onlayn yatırım edənlər, bu sahə ilə maraqlanan yeni başlayan investorlar və gələcəyi düşünən insanlar üçün faydalı olacaq deyə ümid edirik. Məqalənin linkini aşağıda tapa bilərsiniz.
Bəs siz hansı platformalara öz pulunuzu etibar edirsiniz, sizin müşahidə etdiyiniz hansı risklər var? Texnologiya daha hansı faydaları və təhlükələri özü ilə bərabər maliyyə dünyasına gətirir? Bunları da bizimlə bölüşə bilərsiniz.
Bizi Spotify, Apple Podcasts və YouTube platformalarından izləməyi, fəal şəkildə dinləyib müzakirələrə qoşulmağı unutmayın.
Son bölümü YouTube-da izlə: https://www.youtube.com/watch?v=l7rHRPD0PG8&t=607s
Məqalə linki: https://www.occrp.org/en/project/scam-empire/call-center-brands-design-test?utm_content=bufferc1726&utm_medium=social&utm_source=linkedin&utm_campaign=Buffer