Home
Categories
EXPLORE
True Crime
Comedy
Society & Culture
Business
Sports
News
Health & Fitness
About Us
Contact Us
Copyright
© 2024 PodJoint
00:00 / 00:00
Sign in

or

Don't have an account?
Sign up
Forgot password
https://is1-ssl.mzstatic.com/image/thumb/Podcasts211/v4/a7/82/b0/a782b090-0708-83d6-eb70-4e4095fa4fa7/mza_9819566565287744247.jpeg/600x600bb.jpg
Peşəkarlar danışır
Protalksbc
59 episodes
2 weeks ago
ProTalksBc, hər sahədə ən yaxşılarla aparılan müzakirələrin ünvanı! Texnologiyadan incəsənətə, biznesdən təhsilə, elmədən şəxsi inkişafa qədər geniş bir spektrdə mütəxəssisləri qəbul edirik. Məqsədimiz, bütün sahələrdə ən dəyərli məlumatları təqdim etmək və sahəsində özünü göstərən şəxslərlə maraqlı və mədəni söhbətlər etməkdir.🌟 Bu Kanalda Nə Tapacaqsınız? 🌟Dərin mövzular: Texnologiya, elm, incəsənət, biznes, təhsil və daha çox ilə əlaqəli ən son mövzuları və trendləri müzakirə edirik.Tanınmış qonaqlar: Sahədəki ekspert, uğurlu və təsirləndirici qonaqlarla aparılan söhbətlər.

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
Society & Culture
RSS
All content for Peşəkarlar danışır is the property of Protalksbc and is served directly from their servers with no modification, redirects, or rehosting. The podcast is not affiliated with or endorsed by Podjoint in any way.
ProTalksBc, hər sahədə ən yaxşılarla aparılan müzakirələrin ünvanı! Texnologiyadan incəsənətə, biznesdən təhsilə, elmədən şəxsi inkişafa qədər geniş bir spektrdə mütəxəssisləri qəbul edirik. Məqsədimiz, bütün sahələrdə ən dəyərli məlumatları təqdim etmək və sahəsində özünü göstərən şəxslərlə maraqlı və mədəni söhbətlər etməkdir.🌟 Bu Kanalda Nə Tapacaqsınız? 🌟Dərin mövzular: Texnologiya, elm, incəsənət, biznes, təhsil və daha çox ilə əlaqəli ən son mövzuları və trendləri müzakirə edirik.Tanınmış qonaqlar: Sahədəki ekspert, uğurlu və təsirləndirici qonaqlarla aparılan söhbətlər.

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
Society & Culture
Episodes (20/59)
Peşəkarlar danışır
Marketing və BTL nədir? Liderlik, komanda idarəetməsi və dəyər yaratmaq | Bəturə Şükürova

🎙️ Bu dəfə qonağımız Modern Agency-nin direktoru Bəturə Şükürova (@batura.shukurova) oldu.

Bu söhbətdə şirkət qurmaq qərarından tutmuş bir brendlə işə haradan başlanmalı olduğuna və ideyanın real nəticəyə çevrilən yoluna qədər bir çox mövzuya toxunduq. Marketing və BTL-in əslində nə iş gördüyü, brendlərə real olaraq nə qazandırdığı və bu proseslərə necə yanaşmaq lazım olduğu barədə danışdıq.

Eyni zamanda qadın CEO olmaq, liderlik, komanda idarəetməsi, agentlik–müştəri münasibətləri, uzunmüddətli əməkdaşlıqların necə qurulduğu və agentlik işinin pərdə arxasında yaşanan reallıqlar da söhbətin əsas mövzuları oldu. Sonda isə bu sahəyə yeni başlayanlar üçün tövsiyələrə yer verdik.

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
2 weeks ago
38 minutes 28 seconds

Peşəkarlar danışır
İnteryer Dizaynı və Təmir Xətaları: Büdcə Planı, Trendlər və Uğurlu Layihə

🎙️ Bu dəfə qonağımız icona.az dizayn şirkətinin təsisçisi Aygün Abbasova (@icona.az) oldu.

İnteryer dizaynında praktik yanaşmalar, təmir zamanı rast gəlinən çətinliklər, dizaynersiz edilən proseslərin riskləri, ustalarla işləməyin düzgün qaydası və interyeri uzunmüddətli rahat edən əsas detallar barədə danışdıq. Eləcə də süni intellektin dizayn sahəsinə təsiri, fərqli zövqlərə malik cütlüklərlə işləmək və trendin yox, şəxsiyyətin məkana necə yön verdiyi mövzularına toxunduq.

🎧 Bizi Spotify-da da dinləyə bilərsiniz!

💬 Fikirlərinizi şərhlərdə bizimlə bölüşməyi unutmayın.

✨ Sponsorlarımız:

• 247 tətbiqi – xidmət sifarişi etmək çox asandır! Usta, dizayner, aşbaz, bağban və daha çox sahədən peşəkarlar 247-dədir!

• Icona.az – Yüksək keyfiyyətli mebel və unikal dizayn ideyaları ilə evinizə fərqlilik qatır.

00:00 ⏯ Giriş

00:40 ❓ Necə başa düşmək olar ki, dizayner səni eşidir, yoxsa sadəcə öz düşüncə tərzini sənin üzərinə tətbiq edir?

03:01 ❓ “Dizayner işimi mənim istədiyim kimi etməsə, nə etmək lazımdır?”

03:01 ❓ İnteryer dizaynerin işində ən çətin olan nədir, nəyi ki sifarişçilər çox vaxt bilmirlər?

04:02 🎨 Hazırda hansı materiallar və rənglər ən çox populyardır?

05:05 🧭 Hazırda trendlərə əməl etmək lazımdırmı, yoxsa şəxsi üsluba yönəlmək daha yaxşıdır?

05:27 🕰 Bir il sonra sıradan çıxmayan interyer necə yaratmaq olar?

06:23 📌 Məndə zövq və Pinterest varsa, dizaynerə nə ehtiyac var?

08:05 🛠 Bəzən insanlar soruşurlar: Necə edək ki, ustalarla işləyərkən sinirlərimiz pozulmasın və iş düzgün getsin?

09:49 ❤️ Belə hallar olurmu ki, dizayn prosesi zamanı cütlüklər arasında fikir ayrılığı yaranır?

11:49 📐 Çertyoj layihə mərhələsindəki hansı funksional səhvlər bahalı interyeri belə poza bilər?

13:03 📄 Dizayn layihəsinin hazırlanması nə qədər vaxt aparır?

13:49 🏢 Əgər kirayəyə vermək üçün ev hazırlayırsınızsa, nələri nəzərə almalısınız?

15:16 🤖 Dizaynerlərin yerini neyroşəbəkələrin əvəz edəcəyi barədə çox danışırlar. Bəs sən bu barədə nə düşünürsən?

16:50 👀 Müəllif nəzarəti nə üçün lazımdır?

18:16 🧱 Dizaynersiz təmir edənlərə 3 əsas məsləhət

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
1 month ago
22 minutes 27 seconds

Peşəkarlar danışır
Baku Design Academy necə yarandı? | Qadın Sahibkar Olmaq

 Bu dəfə qonağımız Baku Design Academy-nin təsisçisi Aysel Gülməmmədova (@aysel_gulmamedova) oldu!

Onun hekayəsi — sıfırdan başlayan, çox çalışaraq və dayanmadan öyrənərək uğur qazanan bir sahibkarın hekayəsidir.

Aysel xanım bizimlə Baku Design Academy-nin yaranma yolu, keçdiyi zəhmətli mərhələlər və öz gücü ilə nəsə qurmağın real tərəfləri barədə danışdı.

Qadın olmaq bu yolda sadəcə bir detal idi — əsas olan əmək, inam və davamlılıq idi.

Söhbət zamanı Aysel xanım həm qadın, həm də sahibkar kimi qarşılaşdığı maneələr və üstünlüklər, eləcə də “güclü qadınlar niyə feminist və subaydır” kimi bəzən provokativ, amma cəmiyyətin dərin qatlarına toxunan suallara tam səmimi cavablar verdi.

🎧 Bizi Spotify-da da dinləyə bilərsiniz!

💬 Fikirlərinizi şərhlərdə bizimlə bölüşməyi unutmayın! 🙏

✨ Sponsorlarımız:

• 247 tətbiqi – xidmət sifarişi etmək çox asandır! Usta, dizayner, aşbaz, bağban və daha çox sahədən peşəkarlar 247-dədir!

• Icona.az – yüksək keyfiyyətli mebel və unikal dizayn ideyaları ilə evinizə fərqlilik qatır.

📲 247 Client tətbiqini bütün platformalardan endirə bilərsiniz.

#biznes #sahibkarlıq #entrepreneurship #bda #247app #iconaaz #ilham #əmək #uğur #bakudesignacademy

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
2 months ago
45 minutes 8 seconds

Peşəkarlar danışır
Dubayda şirkət açmaq istəyənlər üçün bələdçi | vergilər, xərclər və biznes qurulması

Bu dəfə qonağımız Caspian Accounting & Bookkeeping şirkətinin təsisçisi Kamil Manaf (@kamil_dxbusiness) oldu! Dubayda uğur, düzgün başlanğıcdan keçir — biz də elə bu mövzudan danışdıq.

Onunla Dubayda biznes qurmaq istəyənlərin ən çox qarşılaşdığı çətinliklərdən, real imkanlardan və sahibkar kimi fərqli ölkədə uğur qazanmağın yollarından bəhs etdik.

Azərbaycanlı sahibkarların Dubayda nələrə diqqət etməsi lazımdır? Şirkət qeydiyyatı, vergi sistemi və ilkin mərhələdə qarşıya çıxan real xərclər nələrdir? Dubayda biznes qurmaq doğrudan da hamının düşündüyü qədər çətindirmi?

Kamil bəyin təcrübəsi bu suallara həm praktik, həm də real cavablar gətirdi. Sahibkarlığa başlamaq istəyən və beynəlxalq miqyasda düşünən hər kəs üçün bu yayının çox faydalı olacağına inanırıq.

🎧 Bizi Spotify-da da dinləyə bilərsiniz!

💬 Fikirlərinizi şərhlərdə bizimlə bölüşməyi unutmayın! 🙏

✨ Sponsorlarımız:

• 247 tətbiqi – xidmət sifarişi etmək çox asandır! Usta, dizayner, aşbaz, bağban və daha çox sahədən peşəkarlar 247-dədir!

• İcona.az – yüksək keyfiyyətli mebel və unikal dizayn ideyaları ilə evinizə fərqlilik qatır.

📲 247 Client tətbiqini bütün platformalardan endirə bilərsiniz.

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
2 months ago
32 minutes 56 seconds

Peşəkarlar danışır
İşə Qəbul Sirrləri | HR-dan CV və Müsahibə üzrə Praktik Məsləhətlər | Rəhimə Əhmədzadə

Bu dəfə qonağımız dəyərli HR mütəxəssisi Rahimə Məmmədova (@rrahimaa__) oldu!

Sizə karyeranızda və ya işə qəbul prosesində yol göstərəcək faydalı bir yayın təqdim edirik.

İş müsahibəsində diqqət edilməli nüanslar və HR mütəxəssislərinin həqiqətən nələrə baxdığı barədə danışdıq. Təcrübəsiz namizədlərin ən çox buraxdığı səhvlər hansılardır? Müsahibədə ilk təəssüratı necə düzgün formalaşdırmaq olar? İş axtararkən nələrdən çəkinmək lazımdır?

Rahimə xanımın sahədəki peşəkar təcrübəsi bu mövzulara həm real, həm də praktik yanaşma imkanı verdi. İş dünyasında uğurlu karyera qurmaq istəyən hər kəs üçün çox dəyərli məqamlar paylaşdıq.

🎧 Bizi Spotify-da da dinləyə bilərsiniz!

💬 Fikirlərinizi şərhlərdə bizimlə bölüşməyi unutmayın! 🙏

✨ Sponsorlarımız:

247 tətbiqi – xidmət sifarişi etmək çox asandır! Usta, dizayner, aşbaz, bağban və daha çox sahədən peşəkarlar 247-dədir!

icona.az – yüksək keyfiyyətli mebel və unikal dizayn ideyaları ilə evinizə fərqlilik qatır.

📲 247 Client tətbiqini bütün platformalardan endirə bilərsiniz.

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
3 months ago
37 minutes 2 seconds

Peşəkarlar danışır
Təyyarə bələdçisi olmaq: bilinməyən tərəfləri, risklər, təyyarə qəzaları, işə qəbul

• Təyyarə bələdçisi olmaq üçün xüsusi təhsil lazımdırmı? 🎓

• Dil bilikləri nə qədər önəmlidir? 🗣

• Boy və “gözəl olmaq” məsələsi bu peşədə həqiqətən kriteriyadırmı? 📏🌸

• Tattoo və hicab məsələsinə yanaşma necədir? ✒️🧕

• Gündəlik rejimləri, işin çətinlikləri və ən çox yanlış anlaşılan məqamlar nələrdir? ⏰💼❓

• Və şəxsi hekayə: Mina niyə bu peşədən uzaqlaşdı? 🚪

Bonus olaraq isə Pilates mövzusuna da toxunduq: bu idman növü əslində kimlər üçün icad edilib və həqiqətən arıqladırmı? 🧘🔥

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
4 months ago
47 minutes 29 seconds

Peşəkarlar danışır
İnfluencerlik, reklam şərtləri, şəxsi münasibətlər, blogger davaları │ Liana Rustami

Sponsorumuz 247 tətbiqi ilə işlər daha asan!

Usta, dərzi, aşbaz, bağban və daha çox peşəkarlar 247-də!

247 Client tətbiqini bütün platformalarda endirə bilərsiniz. 📲✨

https://247app.page.link/getp

00:10 ⏯ Giriş

01:04 📢 İlk reklam təklifi necə gəldi?

01:35 💡 Başlayanda ilhamı və cəsarəti haradan aldı?

02:39 📈 TikTok-un ilk dövrlərində necə məşhurlaşdı?

03:50 💬 Pis rəylərə insan öyrəşir?

05:00 🔥 İlk sosial media “linç”ini nəyə görə aldın?

06:20 🕺 “Maço kişi” obrazı haradan yarandı?

07:25 👵 “Matilda xala” real həyatda kimdir?

08:35 👜 O məşhur “çantamda nə var?” videosu kimə ithaf idi?

10:25 🌐 Rus dilində kontent yaradanlara qarşı olan aqressiyanı sən də hiss edirsən?

11:31 🇦🇿 Liana, yoxsa Ləman?

12:50 🎯 Reklam seçimlərini edərkən nəyə diqqət edirsən?

13:57 🥤 Niyə enerji içkilərini reklam etməkdən imtina edirsən?

14:45 ❓ İstifadə etmədiyin məhsulu reklam etmisən heç?

16:50 🎁 Influencerlər hər şeyi pulsuz əldə edir?

18:40 💉 Estetik əməliyyatlar – varmı, hansılardır?

23:40 ❤️ Bloggerliyin şəxsi/romantik münasibətlərə təsiri

24:10 🔒 Münasibəti gizlətmək, yoxsa paylaşmaq?

27:00 💬 Yeni başlayanlara məsləhət

28:43 👋 Hələlik!

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
4 months ago
29 minutes 36 seconds

Peşəkarlar danışır
İmplant, Diş Ağartma, süd dişləri və Stomatologiya Mifləri │ Dr. Elçin Fərziyev

Düzgün fırçalama nədir?

Sarı diş çirkli deməkdir?

Estetik gülüş üçün edilən prosedurlar həmişə sağlamdırmı?

Süd dişlərinə niyə bu qədər önəm verilir? – Onsuz da töküləcək axı.

Sosial mediada yayılan “soda ilə ağartma” metodları doğrudanmı təhlükəlidir?

İmplant nə vaxt qoyulmalıdır? – Çıxaran kimi, yoxsa sonra?

Hər diş həkimi diş ağardıcı etmir – səbəbi nədir?

🎧 Bizi Spotify-da da dinləyə bilərsiniz!

Sponsorumuz 247 tətbiqi ilə həyat daha rahat!

Usta, dərzi, aşbaz, bağban və daha çox sahədən peşəkarlar 247-dədir!

247 Client tətbiqini bütün platformlardan endirə bilərsiniz. 📲✨- https://247app.page.link/getp

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
4 months ago
1 hour 39 seconds

Peşəkarlar danışır
Aİ Dizaynerləri Əvəzləyəcək? UI/UX, Qrafik dizayn kursları və Freelance olmaq

Qrafik dizayndan başladıq, rəng teoriyalarından brief-lərə, dizayn kurslarından portfolioların incəliklərinə qədər hər şeyi danışdıq. Upwork kimi freelance platformaların və freelance həyatının görünən və görünməyən tərəflərindən keçərək, yolumuz bir anda... robot istilasına çıxdı! 🤖

Uİ/UX-dən süni intellektə, “dizaynerlər Aİ qarşısında məğlub olacaqmı?” sualına gəlib çıxdıq.

Əgər dizaynla maraqlanırsınızsa və ya sadəcə bu sənətə bir baxış atmaq istəyirsinizsə – bu yayını qaçırmayın!

Sponsorumuz 247 tətbiqi ilə həyat daha rahat!

Usta, dərzi, aşbaz, bağban və daha çox sahədən peşəkarlar 247-dədir!

247 Client tətbiqini bütün platformlardan endirə bilərsiniz. 📲✨

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
4 months ago
51 minutes 15 seconds

Peşəkarlar danışır
🗺️🎓 Xaricdə Təhsil, Təqaüd, Viza, Hərbi Möhlət, Erasmus və Daha çoxu │ İsa Zərbəliyev

Bu dəfə qonağımız xaricdə təhsil üzrə ekspert İsa Zərbəliyev (@isazarbaliyev) oldu! 🗺️📚🎓

@247app sponsorluğunda sizi həm motivasiya edəcək, həm də məlumatlandıracaq bir yayımla qarşınızdayıq!

Xaricdə təhsil alma mövzusundakı bütün aktual suallar, qarşılaşılan çətinliklər, məqsədə uyğun ölkə seçimi barədə danışdıq. Sadəcə qəbul olunmaq yox, oraya gedənədək qarşıda duran addımlar, sənədləşmə, visa prosesləri və bunları qonağımızın köməyi ilə necə həll edəcəyiniz də əhatəli şəkildə müzakirə olundu.

Hərbi möhlət məsələsi, təhsildən sonrakı perspektivlər, diplom təsdiqi və bu kimi tez-tez soruşulan suallar da söhbətimizin mövzuları arasında idi.

🎧 Bizi Spotify-da da dinləyə bilərsiniz!

Şərhlərdə fikirlərinizi bizimlə bölüşməyi unutmayın! 💬🙏

Sponsorumuz 247 tətbiqi ilə xidmət sifarişi etmək çox asandır!✨

Usta, dərzi, aşbaz, bağban və daha çox sahədən peşəkarlar 247-dədir!

247 Client tətbiqini bütün platformlardan endirə bilərsiniz. 📲✨- https://247app.page.link/getp

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
7 months ago
34 minutes 7 seconds

Peşəkarlar danışır
Xəyanətlər, bağışlanmalar və boşanmalar │ Günay Baxşəliyeva

Qonağımız dəyərli psixoloq Günay Baxşəliyeva (@gunay.bakhshaliyeva) oldu! @247app sponsorluğunda sizi həm düşündürəcək, həm də maarifləndirəcək bir yayınla qarşınızdayıq!

Xəyanətin anatomiyası, psixoloji tərəfləri və fərqli münasibətlərdə necə təzahür etdiyi haqqında söhbət etdik. Xəyanəti bağışlamaq mümkündürmü? Bağışladıqdan sonra münasibətləri nə gözləyir? Boşanma vəziyyətində uşaqların bu prosesdən ən az zərərlə çıxması üçün valideynlər nə etməlidir?

Günay xanımın sahədəki praktik təcrübəsi bu çətin suallara daha real yanaşma imkanı verdi. Emosional travmalar, münasibətlərdəki sınma nöqtələri və sağlam ayrılıq mədəniyyəti barədə geniş danışdıq.

Sizcə xəyanət bağışlanmalıdırmı? Fikirlərinizi şərhlərdə bizimlə bölüşün!

🎧 Bizi Spotify-da da dinləyə bilərsiniz!

Şərhlərdə fikirlərinizi bizimlə bölüşməyi unutmayın! 💬🙏

Sponsorumuz 247 tətbiqi ilə xidmət sifarişi etmək çox asandır!✨

Usta, dərzi, aşbaz, bağban və daha çox sahədən peşəkarlar 247-dədir!

247 Client tətbiqini bütün platformlardan endirə bilərsiniz. 📲✨- https://247app.page.link/getp

00:50 - Giriş

01:43 - Analiz qabiliyyətinin rolu

02:43 - Münasibətdə axtarış və bağlılıq səbəbləri

03:40 - Travmaların münasibət seçiminə təsiri

05:43 - Əsl sevgidən qurulmayan münasibətlər & İyrənmə dövrü

05:51 - Kişi və qadın xəyanəti fərqi

08:27 - Əsil sevgi üçün: Özünü sevmək şərti

09:26 - Psixoloji asılılıqlar: Valideyn bağlılığı

11:04 - Uşaqlıqdan öyrədilən sevgi: Fədakarlıq və tabeçilik

12:36 - Psixoloqlar dəyərləri dağıdırmı?

15:39 - Övladlara öyrədilən "əziyyət, fədakarlıq, döz" mexanizmi

18:48 - Məsuliyyətdən imtina və başqalarını günahlandırmaq

22:14 - Dominant ana obrazları və qızların təzyiq altında böyüdülməsi

25:08 - Qadın xəyanətləri

27:27 - Qadınların təmin olunma ehtiyacı?

36:53 - Xəyanəti bağışlamaq: Nə gözləmək lazımdır?

46:46 - Uşaqların boşanmadan zərərsiz çıxması üçün nələr etməli?

53:54 - Bitiş

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
7 months ago
54 minutes 19 seconds

Peşəkarlar danışır
İELTS imtahanına dair hər şey │ Əminə Mikayılova

Qonağımız təcrübəli IELTS müəlliməsi Əminə Mikayılova oldu! @247app sponsorluğunda sizə həm maraqlı, həm də bilgiləndirici bir yayın təqdim edirik! 📚🗣️

Çoxları üçün çətin və qorxulu görünən IELTS imtahanı əslində doğru yanaşma və hazırlıqla öhdəsindən gələ biləcəyiniz bir mərhələdir. Bu sahə ətrafındakı illərlə formalaşmış təcrübələr, tələbələrin ən çox rastlaşdığı çətinliklər, hazırlıq strategiyaları və mifləri müzakirə etdik.

Əgər sən də IELTS imtahanına hazırlaşırsansa və beynəlxalq təhsil arzularına bir addım da yaxınlaşmaq istəyirsənsə, bu yayını qaçırma! ✈️🎓

🎧 Bizi Spotify-da da dinləyə bilərsiniz!

Şərhlərdə fikirlərinizi bizimlə bölüşməyi unutmayın! 💬🙏

Sponsorumuz 247 tətbiqi ilə xidmət sifarişi etmək çox asandır!✨

Usta, dərzi, aşbaz, bağban və daha çox sahədən peşəkarlar 247-dədir!

247 Client tətbiqini bütün platformlardan endirə bilərsiniz. 📲✨- https://247app.page.link/getp

00:00:00 Salam, ProTalks izləyiciləri!

00:01:27 Tələbələr ən çox nədə çətinlik çəkirlər?

00:05:52 IELTS instruktor ehtiyacı niyə yaranır?

00:07:05 Writing bölməsi və kreativ düşüncə əlaqəsi

00:08:34 Məktəb mühitində işləmək ilə fərdi/kurs təhsili verməyin fərqi nədir?

00:10:03 O məşhur "İngilis dili müəlliməsi geyimi" zarafatı

00:10:32 Məktəb materialı ilə ingilis dili öyrənmək mümkündürmü?

00:11:32 A1, B1 və s. dərəcələr nə deməkdir?

00:13:19 Qrammatikanı bilmək danışıq üçün nə qədər önəmlidir?

00:15:32 Xarici dili qüsursuz danışmayanlara olunan tənqidlərin ziyanı

00:19:45 İngilis dili öyrənən tələbələrin ən çox etdiyi səhvlər

00:20:07 İngilis dili öyrənməyin ən yaxşı köməkçi metodu: Immersion

00:25:58 Speaking-i inkişaf etdirmək üçün nə etməli?

00:28:22 Hazır və şablon cümlələr öyrənmək kömək edərmi?

00:32:06 Akademik və General IELTS fərqi

00:34:34 IELTS, ingilis dilini sıfırdan öyrənənlər üçün deyil

00:39:52 Bitiş

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
7 months ago
40 minutes 32 seconds

Peşəkarlar danışır
♪ Musiqi və daha çoxu │ Bahar

Bu dəfə qonağımız gənc və istedadlı müğənni Bahar (@baharrr_rrrrr) oldu!

@247app sponsorluğunda sizə əyləncəli və səmimi bir yayın təqdim edirik!

 Bizi Spotify-da da dinləyə bilərsiniz!

 Tam versiyaya keçid üçün bio-dakı linkə toxunun.

Şərhlərdə fikirlərinizi bizimlə bölüşməyi unutmayın!

#Bahar #şoubiznes #azərbaycan #bakı #gencmüğenni #studiomüğennisi

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
8 months ago
49 minutes 10 seconds

Peşəkarlar danışır
Evlilik problemləri və ailə olmaq 💍👨‍👩‍👦 | Xanım Bilalova ilə

Evlilik xoşbəxtliyin açarıdırmı, yoxsa üzərində işlənməsi lazım olan bir sənət?

Bu dəfə qonağımız münasibət koçu və psixoloq Xanım Bilalova (@xanimcoach) oldu! ✨

Sevgi və evlilik bir-birini başa düşməkdənmi ibarətdir, yoxsa daha dərin prinsiplərə əsaslanır? Münasibətləri uzunmüddətli və sağlam saxlamaq üçün nə etmək lazımdır? Ailə olmaq, xoşbəxt və balanslı münasibət qurmaq mümkündürmü?

Əgər sən də evlilik və münasibətlər haqqında daha çox öyrənmək, ailə həyatını möhkəmləndirmək istəyirsənsə, doğru yerdəsən!

Sponsorumuz 247 tətbiqi ilə xidmət sifarişi etmək çox asandır!✨

Usta, dərzi, aşbaz, bağban və daha çox sahədən peşəkarlar 247-dədir!

247 Client tətbiqini bütün platformlardan endirə bilərsiniz. 📲✨- https://247app.page.link/getp

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
9 months ago
59 minutes 3 seconds

Peşəkarlar danışır
Astrologiya - Gələcəyimiz ulduzlarda yazılıb? 🌌✨| Sabina Seyidoğlu ilə

Bu dəfə qonağımız astroloji bilikləri və dərin analizi ilə seçilən Sabina Seyidoğlu (@astro_piyanist) oldu! 🔮

Astrologiya həyatımıza necə təsir edir? Bürclər bizim haqqımızda nə deyir? Qərarlarımız həqiqətən ulduzlarda yazılıdırmı? Bu və daha çox sualın cavabını Sabina xanımla apardığımız söhbətdə tapmağa çalışdıq.

Şərhlərdə fikirlərinizi bizimlə bölüşməyi unutmayın! 💬✨

Sponsorumuz 247 tətbiqi ilə xidmət sifarişi etmək çox asandır!✨

Usta, dərzi, aşbaz, bağban və daha çox sahədən peşəkarlar 247-dədir!

247 Client tətbiqini bütün platformlardan endirə bilərsiniz. 📲✨- https://247app.page.link/getp

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
9 months ago
43 minutes 22 seconds

Peşəkarlar danışır
Layihə Meneceri? Nədir bu sıxıcı peşə? | Anar Nuruzadə

Bu dəfə qonağımız layihə meneceri Anar Nuruzadə oldu! @247app sponsorluğunda sizə maraqlı bir yayım təqdim edirik!

Çox sıxıcı görünən, lakin bir o qədər əhəmiyyətli olan layihə idarəçiliyi təkcə biznes və peşəkar sahələrdə deyil, həyatımızın hər anında—hədəflər qoymaqdan tutmuş gündəlik qərarlarımıza qədər—böyük rol oynayır.

Əgər sən də layihə idarəçiliyi, komandaların effektiv yönləndirilməsi və bu sahədəki çətinliklər haqqında daha çox öyrənmək istəyirsənsə, bu yayımı qaçırma!

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
10 months ago
28 minutes 33 seconds

Peşəkarlar danışır
💃🏻Rəqqasəlik - bir peşə və sənət olaraq │ Renka Black Angel

Bu dəfə qonağımız incəsənət dünyasında öz imzasını qoymuş, güclü enerjisi və cəsarətli performansları ilə seçilən rəqqasə Rəna xanım (@renka_black_angel) oldu! 💃🔥

@247app sponsorluğunda sizə maraqlı bir yayım təqdim edirik!

Bir peşə və sənət olaraq rəqqasəlik, həmçinin motivasiyalar, təcrübələr, səhnədəki obrazı ilə səhnə arxasındakı Renkaya dair maraqlı bir söhbət etdik.

Əgər sən də rəqs sənəti, səhnə həyatı və bu yolun çətinlikləri haqqında daha çox öyrənmək istəyirsənsə, bu yayımı qaçırma!

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
10 months ago
39 minutes 15 seconds

Peşəkarlar danışır
🧠Psixiatriya, Narsisizm və digər sosial problemlər │ Toğrul Cəfərli

Narsisizmdən cütlük terapiyasına, falçıların psixoloji manipulyasiyalarından cəmiyyətdə yayılmış psixi problemlərə qədər bir çox maraqlı mövzuda geniş müzakirə apardıq.

Gələcək nəsillərin sağlam psixologiyası bugünkü münasibətlərdən və evliliklərdən necə asılıdır? Cəmiyyətin psixoloji sağlamlığı üçün hansı addımları atmalıyıq? Bu və daha çoxunu öyrənmək üçün yayımı izləyin!

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
10 months ago
58 minutes 30 seconds

Peşəkarlar danışır
Yoga, meditasiya, Sadhu və daha çoxu │ Günel Hüseynzadə

Qonağımız yoga instruktoru Günel Hüseynzadə (@yogahathayoga) ilə yoga, manifesting, sadhu, feminen-maskulin enerji balansına dair həqiqətlər və miflər haqqında maraqlı bir söhbət etdik. 🧘‍♀️🕉️ Ruhani inkişaf və yoga dünyasına dair daha çox məlumat əldə etmək istəyirsinizsə, bu yayımı qaçırmayın! 🌿✨

0:01:09 - Giriş

0:01:33 - Yoga ilə tanışlıq hekayəsi

0:03:05 - Yoga müəllimliyinə başlamaq

0:04:44 - Yogaya dəb kimi yanaşma

0:05:57 - Yogayla arıqlamaq nə deməkdir?

0:06:46 - Yoga və idman fərqləri

0:08:30 - Yogada dini elementlər

0:09:59 - Yogaya qarşı qərəzli yanaşmalar

0:10:02 - Yogaya şübhə ilə yanaşanlara cavab

0:15:30 - Təhlükəli yoga asanaları

0:17:42 - Yoga və stress idarəetməsi

0:20:03 - Yogadan sonra həyatın dəyişməsi pafosdur?

0:20:32 - Yoganın cinsi həyata təsiri

0:22:58 - Yoga və idman birgə etmək olarmı?

0:23:24 - Maskulin və feminin enerji

0:27:43 - Yogada təlimsiz təlimçilər problemi

0:28:31 - Ailə dizimi, seanslar, bağ kəsmə və s. haqqında düşüncələr

0:30:48 - Hər günü son gün kimi yaşamaq

0:31:17 - Sadhu anlayışı nədir belə?

0:36:08 - Yogaya cəmiyyətin bütün təbəqələrinin yanaşması və qatılımı bir gün olacaqmı?

0:36:48 - Manifestasiya (manifesting)? Bəlkə 777?

0:38:19 - Özünə inanmaq və həyata davam etmək

0:38:30 - Yekun

🎙 Peşəkarlar Danışır - ProtalksBc 🎙

Abunə olmaqla ilk siz öyrənin: https://youtube.com/@Protalksbc?sub_confirmation=1

Spotify: https://open.spotify.com/show/7IXcVys5wuRSbHjUEupNUC

Spotify for podcasters: https://podcasters.spotify.com/pod/show/pro-talks-bc

Apple podcasts: https://podcasts.apple.com/us/podcast/peşəkarlar-danışır/id1746055238

Bizimlə əlaqə:

Instagram: https://www.instagram.com/protalksbc

Tiktok: https://www.tiktok.com/@protalksbc

Threads: https://www.threads.net/@protalksbc

X: https://www.twitter.com/@protalksbc

WhatsApp Channel: https://whatsapp.com/channel/0029VaYehjoI1rcmix1thZ2H

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
11 months ago
38 minutes 55 seconds

Peşəkarlar danışır
Kişi-qadın münasibətləri | Zəhra Əskərzadə ilə

Bu dəfə qonağımız münasibət koçu Zəhra Əskərzadə oldu! 🧠💬 Onunla xəyanət 🤯, ilk görüş, 💡, “love bombing” 💘, “ghosting” 👻 “red flag” 🚩 və daha çoxuna dair maraqlı bir yayım həyata keçirdik. Münasibətlərin incəliklərini öyrənmək istəyirsinizsə, doğru yerdəsiniz! 🎧

0:01 Giriş

1:18 Münasibət koçluğunda professionallaşma yolları

2:19 Psixoloqların da terapiyaya ehtiyacı var.

4:36 Kişi konsultantların əsas problemləri

7:31 Cəsarətsiz ilk addımlar

10:51 İlk görüşdə doğru addımlar.

14:11 Keçmiş münasibətlərdən danışmaq niyə yanlışdır?

16:20 İlk görüşdə "qadağan olunmuş mövzular"

21:18 Red flag nədir və necə tanımaq olar?

23:26 Evli kişilərə olan maraq

27:29 Evli olduğu halda münasibət yaşamaq normallaşıbmı?

29:07 "Ələ keçirmə" motivasiyası

34:26 Love bombing, ghosting və gətirdiyi problemlər

38:38 Normal olan jestləri toksik olanlardan fərqləndirmək

40:53 Uğurlu taktika deyə bir şey var?

53:51 Ofis eşqləri – qadağan olunmuş ehtiraslar

59:47 Münasibətlər haqqında ən böyük miflər

1:04:45 "Dəyişmişəm" ifadəsinin əsl üzü

1:09:17 Kişiyə pul xərclətdirmək?

1:10:46 Sevən kişi dəyər verdiyi qadına pul xərcləyir.

1:14:24 Sevgililikdəki münaqişələr və boşanma səbəbləri

1:14:37 Yekunlaşma

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
11 months ago
1 hour 14 minutes 58 seconds