Podcast “Ə”-nin 14-cü epizodunda həmsöhbətim — Niderlandda yaşayan telejurnalist və rejissor Xatirə Sərdarqızıdır.Artıq 19 ildir Avropada yaşayır və uzun illərdir Real TV-nin Avropa bürosu kimi çalışır. İki övlad anası olan Xatirə ilə həm keçmişdən, həm də bugünün Avropa həyatından, TV, media təcrübəsindən danışdıq.Bu söhbətin ən duyğulu hissələrindən biri isə onun Şuşa ilə bağlı xatirələridir.Xatirə Şuşanın işğal olunduğu dönəmlərdəki ağrı-acıları, həm də azad olunduğu gündə yaşadığı hissləri bizimlə bölüşdü.🎧 Bu epizodda: • Şuşada keçən uşaqlıq • Şuşanın işğalı zamanı yaşananlar • Zəfər xəbərinin gəldiyi gün • Niderlandda 19 illik həyat təcrübəsi • Ana olmaq, uzaqda yaşamaq və vətənlə bağlarını qorumağın yolları⸻📌 Podcast “Ə” – dünyanın harasında olmasından asılı olmayaraq,Azərbaycanca danışan insanların hekayələrini bir araya gətirir.Bu səmimi söhbətləri izləmək üçün abunə olmağı unutmayın.🤗
Harada yaşamağımızdan, harada işləməyimizdən asılı olmayaraq – Azərbaycanca danışan hər kəsə salamlar.Podcast "Ə"-nin 13-cü epizodu yayımdadır.Bu günkü həmsöhbətim — Səhiyyə Nazirliyinin Genetik məsələlər üzrə ümumi eksperti, fəlsəfə doktoru Zakir Bayramovdur. Onunla genetika kimi böyük, dərin bir sahədən danışırıq.Bu söhbəti planlayanda anladım ki, genetika elmi əslində bir okeandır.Okeanın hansı sahilindən başlamaq olar? Biz də bir yerdən başladıq.Bu epizodda:– Genetik xəstəliklər və cəmiyyətdə olan miflər– Qohum evliliyinin real riskləri– Uşaqlarda genetik skrininqin əhəmiyyəti– Genetikanın insan taleyinə təsiri– “Tale genlərdə yazılıb, yoxsa insan onu dəyişə bilər?” sualına cavab axtarışımız...Podcast Ə – insan hekayələri, müasir düşüncə, fərqli baxışlar.Təşəkkürlər ki, bizimləsiniz.Abunə olub videonu bəyənməyi unutmayın. ❤️
Bu dəfə Podcast "Ə" -də həmsöhbətim uzun illər əvvəl Araz FM-də bərabər çalışdığım, həm radioda, həm televiziyada tanınan aparıcı və aktrisa Kəmalə Onur oldu.Kəmalə illərdir müxtəlif reklamlarda, Taleh Yüzbəyovun və digər rejissorların filmlərində çəkilərək ekransevərlərin yaddaşında qalan simalardan biridir. O, həmçinin bir müddət Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində baş mütəxəssis kimi fəaliyyət göstərib. Azərbaycan dilində düzgün danışmaq onun üçün həmişə önəmli mövzudur — bu həvəsi onu “Elə yox, belə” adlı Instagram kanalını yaratmağa gətirib. Burada Kəmalə cəmiyyətdə yanlış istifadə olunan söz və ifadələri yumorla təqdim edir.Uzun fasilədən sonra yenidən görüşdük — amma bu dəfə virtual - mikrofonların və kameraların qarşısında. Həyatının dönüm nöqtələrindən, karyerasındakı dəyişikliklərdən, sənətin ona öyrətdiyi dərslərdən və insan olaraq yaşadığı dönüşlərdən səmimi şəkildə danışdı.Bu epizodda:🎙️ Kəmalənin media və səhnə arxası həyatı.🎙️ Kariyera yolundakı inadkarlıq.🎙️ Tək ana olmağın məsuliyyəti.🎙️ Həyatın çətinlikləri və şəxsi inkişaf.🎙️ Gülüş və real hekayələrDəstəkləmək üçün abunə olmağı, videonu bəyənməyi və rəy yazmağı unutmayın.Podcast 'Ə" — səmimi söhbətlər, real həyat hekayələri.
Podcast "Ə" nin bu epizodunda tanınmış Həkim/Cərrah Sevinc Təbrizli ilə səmimi söhbət etdik. Sevinc xanım 80 - 90-cı illərin milli azadlıq hərəkatının fəallarından biri Sirus Təbrizlinin ictimai rolundan danışır. Uşaq yaşlarında bu məsuliyyətin ailəsində necə hiss olunması, çətinliklər və Heydər Əliyev dövrünün ölkənin taleyində oynadığı rol haqqında dəyərli fikirlər bölüşür.Söhbət həmçinin aşağıdakı mövzuları əhatə edir:Nazir qızı olmağın benefitləri və məsuliyyəti.Təhsil və peşə seçiminin şəxsi arzularla əlaqəsi.Almaniyada əldə etdiyi iş təcrübəsi və iş–həyat balansının əhəmiyyəti.İnancın insan həyatını necə dəyişməsi.Klinikaya sahib olmaq arzusu və onun gerçəkləşməsi.44 Günlük Müharibənin milli kimliyə təsiri.Daxili gözəlliyin xarici görünüşdən daha önəmli olması.Bu epizod, dərin həyat təcrübələri, şəxsiyyətin formalaşması və insanın özünü həyata necə tənzimləməsi kimi mövzulara toxunaraq həm ilham verir, həm də düşündürür.🎙️ Azərbaycan mədəniyyətini, tarixini və insan hekayələrini tanıtmaq üçün hazırlanmış Podcast Ə-yə xoş gəlmisiniz.
PODCAST “Ə” - bu epizoddakı həmsöhbətim — Azərbaycanlı radio və televiziya aparıcısı, aktrisa Turanə Hüseynlidir.Turanə karyerasına çox gənc yaşlarında başlayıb və bir zamanlar mənim rəhbərlik etdiyim radioda da çalışıb. Mən Amerikaya köçdükdən sonra uzun illər əlaqə saxlamamışdıq. Bu günlərdə yenidən əlaqə saxladıq, danışdıq və səmimi bir podkast çəkdik.Bu epizodda Turanə özü haqqında danışır:✔️ Gənclik illəri, media karyerasının başlayışı✔️ Türkiyəyə köçməsi və arzularının ardınca getməsi✔️ Sosial medyada hər şeyin göründüyü kimi rahat olmadığını✔️ Əsl həyatın çətinlikləri və insanın içindəki mübarizə✔️ Xəyalların insana necə dayaq olması — “ayaq üstə durmağı” öyrətməsi✔️ Yeni ölkədə yenidən sıfırdan başlamaq, real hədəflər, real çətinliklər🎙️ Səmimi, real və ilham dolu bir epizod.Kanalıma abunə olmağı unutmayın.Yeni hekayələr və maraqlı söhbətlər üçün bildirişləri açın.
Bu epizodda həmsöhbətim Nadir Şəfiyev ilə IT sahəsinin ən əsas istiqamətlərini — Testing, Development və RPA barədə danışdıq.IT-yə karyera dəyişikliyi etmək istəyənlər, sıfırdan başlayanlar və özünü inkişaf etdirmək istəyənlər üçün çox faydalı məqamlar var.Bu söhbətdə toxunduğumuz mövzular:✅ IT sahəsinə necə başlamaq olar?✅ Testing və QA dünyasının real tərəfləri✅ Development yol xəritəsi✅ RPA nədir və gələcəyin peşələrindən biri kimi rolu✅ Hansı bacarıqlardan başlamaq lazımdır?✅ Karyera dəyişikliyində ən çox edilən səhvlər✅ İlk işə başlamaq üçün praktiki məsləhətlər✅ ABŞ-da IT sahəsində vəziyyət və imkanlarSəmimi, pozitiv və bol məlumatla dolu bir söhbət alındı.“Ə” podkastının bu epizodu — texnologiya sahəsinə yönəlmək istəyən hər kəs üçün çox dəyərli olacaq.🎧 Dinləyin, izləyin, paylaşın və ilham alın.📌 Amerikada IT haqqında daha çox epizodlar üçün kanala abunə olun.📌 Sual və mövzu təkliflərinizi şərhlərdə yaza bilərsiniz.🎙 Podcast “Ə”İnsan hekayələri, karyera yolları və real təcrübələr.
🎧 BU BURAXILIŞDABizim Rəşadla tanışlığımız illər öncə mən çalışdığım o vaxtkı Burç FM radiosunda başlayıb. O zaman radioda qonağım idi. Daha sonra AZTV-də “Səhər” efirinin aparıcısı olaraq birlikdə çalışdıq. İllər ərzində konsertlərdə, tədbirlərdə, qastrollarda yol yoldaşı olduq, ailəvi dostluq qurduq.Mən Amerikaya köçəndən sonra da uzun məsafələr dostluğumuza mane olmadı.Və bu dəfə — onun doğum günündə, biz Rəşad İlyasovla “Ə” podkastında bir araya gəldik.Səmimi və zarafat dolu bir söhbət oldu.
Podcast Ə — ABŞ-da İmmiqrasiya Hüququ haqqında danışır:Bu epizodda mənim həmsöhbətim ABŞ-da fəaliyyət göstərən vəkil İsmayıl Şahtaxtinskidir, “I.S. Law Firm”un təsisçisi və rəhbəri. O, 20 ildən artıq təcrübəyə malik ABŞ İmmiqrasiya Hüququ üzrə mütəxəssisdir və American Immigration Lawyers Association təşkilatının üzvüdür.Söhbətimizdə ABŞ-a köçmək, yaşamaq və işləmək istəyənlər üçün immiqrasiya prosesləri, yaşıl kart (Green Card), iş vizaları və ailə üzvlərinin birləşməsi kimi mövzuları müzakirə edirik.👉 Bu epizodda öyrənəcəksiniz: • ABŞ-a immiqrasiya üçün ən real və qanuni yollar hansılardır? • Trump administrasiyası və İmmiqrasiya. • ABŞ artıq immiqrantlar ölkəsi deyil? • Green Card Lottery 2027 bu il niyə açılmadı 💬 Faydalı olacağını düşündüyünüz insanlarla paylaşın və kanalı dəstəkləmək üçün bəyəni və abunə ol düymələrini unutmayın.
🎙️ Bu Podcast “Ə” epizodu Green Card Lotereyası haqqındadır!Bu dəfə həmsöhbətim 3 il əvvəl Green Card Lotereyasını udaraq Amerikaya köçən Osman Əlmirzəyevdir. O, hazırda Nyu Yorkda yaşayır və ABŞ-a gəlməyin real tərəflərindən, Green Card Lotoreyası ilə bağlı keçdiyi prosesdən danışır.🗽 Bu söhbətdə siz öyrənəcəksiniz: • Green Card Lotereyasında iştirak prosesi necə olur? • Yeni qaydalar nədən ibarət ola bilər? • Qeydiyyat niyə gecikir?Green Card Lotoreyasına aşağıdakı rəsmi saytdan qeydiyyatdan keçə bilərsiz:https://dvprogram.state.gov/
Bu dəfə həmsöhbətim psixoloq və yoqa təlimatçısı Nərgiz Əliyeva idi. Onunla meditasiya, manifestasiya, zehin sakitliyi və insan psixologiyası haqqında çox maraqlı söhbət etdik.Hər kəsin içindəki səs, düşüncələrin təbiəti və pozitiv enerjini necə formalaşdırmaq olar — bu epizodda səmimi şəkildə danışdıq.🪷 Əgər sən də özünü daha yaxşı anlamaq, düşüncələrini idarə etməyi öyrənmək istəyirsənsə — bu söhbəti qaçırm
Podcast “Ə” – Müasir tibb və sosial medianın təsiriBu epizodda uzman ginekoloq Şəlalə Məmmədova ilə maraqlı və aktual mövzuları müzakirə edirik: • Müasir tibbdə uzmanlıq • Pasiyentlərin həkim seçiminə sosial medianın təsiri • Instagram və TikTok-da izləyici sayına görə həkim imici • Ailə münasibətləri və dəyərləri
Bu videoda həmsöhbətim Sənan Əlləzdir. Onunla illər əvvəl Araz FM radiosunda bir neçə layihədə birlikdə çalışmışıq. O zamanlar Sənan hələ çox gənc idi, amma artıq yaradıcı baxışları, peşəkarlığı və radioya olan sevgisi ilə seçilirdi.Bu gün isə o, peşəkar aktyor kimi filmlərdə və seriallarda çəkilir, sənət yolunu uğurla davam etdirir.Söhbətimizdə həm o dövrlərə qayıdırıq, həm də Sənanın bu günkü yaradıcılığı, sənətə baxışı və gələcək planları haqqında danışırıq.
Bu dəfəki podkastımın qonağı Türkiyənin Muğla şəhərində yaşayan azərbaycanlı tv və radio aparıcısı Sona Rəsulovadır. Onu çoxlarınız ANS kanalındakı “Tutu gildə” və “Ana dili” verilişlərindən tanıyırsınız. Sonra isə radio aparıcısı kimi fəaliyyət göstərib.
Biz Sona ilə uzaqdan söhbət etdik və bir çox mövzulardan danışdıq – media, sosial həyat, heyvan sevgisi və gündəlik həyatımız.
Bu ilk epizodda ABŞ- da yaşayan Bəxtiyar Məmmədov ilə köç və immiqrasiya mövzusunda söhbət edirik.
Yeni ölkədə yaşamaq dəyişikliklər və təcrübələr barədə maraqlı müzakirə.